Ədəbiyyat üzrə Nobel mükafatçısının adı müəyyənləşdi

0

Ədəbiyyat üzrə Nobel mükafatı norveçli dramaturq Yun Fosseyə verilib.

QafqazTürk.com xəbər verir ki, bu barədə İsveç Akademiyasının Nobel Komitəsi məlumat yayıb.

Qərarın əsaslandırıcı hissəsində deyilir ki, yazıçı “ona anlaşılmaz olanları ifadə etməyə imkan verən yenilikçi pyesləri və nəsrinə görə” laureat olub.

Qeyd edək ki, nasir, şair, dramaturq Yun Fosse 1959-cu ildə Norveçdə anadan olub.

Bu gün onun dram əsərləri dünyanın teatr səhnələrində olduqca populyardır.

0
0
Sonrakı yazı
Təbrizdə Azərbaycan bayrağı dalğalandırıldı – VİDEO
Öncəki yazı
Araik Arutyunyanın saxlanılma anı – VİDEO