Əbu-Dabidə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilir.
Məlumatlara görə, İlham Əliyevlə Nikol Paşinyan arasında görüşdə məqsəd sülh sazişinin yekunlaşdırılması üzərində işləməkdir.
Məlumat üçün bildirək ki, bu, tərəflər sülh sazişi layihəsini razılaşdırdıqdan sonra Ermənistan və Azərbaycan liderlərinin ilk rəsmi görüşüdür.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan dünən, iyulun 9-da Əbu-Dabiyə gəlib və Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb.