Hindistanın paytaxtı Yeni Dehlidə dəmiryol vağzalında yaranan izdihamda azı 18 nəfər ölüb, 10 nəfər isə yaralanıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Nəşrin məlumatına görə, insident yüzlərlə insan qonşu Uttar Pradeş ştatının Prayaqrac şəhərində keçirilən Kumba Mela dini festivalına qatılmaq üçün gecikmiş qatarlara minmək istəyərkən, bəziləri isə festivaldan qayıdarkən baş verib. Ölənlər arasında 4 uşaq və 10 qadın var. Müxalifət liderləri insidentdə hökuməti günahlandırır.
Hindistanın parlament müxalifətinin lideri Rahul Qandi, “Prayagraca gedən çoxlu sayda fədailəri nəzərə alsaq, stansiyada daha yaxşı təşkilatlanma aparılmalı idi”,- deyib.
Yerli polis izdihamın səbəbinin araşdırıldığını bildirir.