Duşetidə “Qırmızı Siyahı”da qorunan qonur ayı növünü  ovlayan vətəndaşlar  50 min lari cərimələnib

2

“Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları brakonyerliyə qarşı mübarizə tədbirləri çərçivəsində qonur ayının qanunsuz ovlanması faktını aşkarlayıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Ekoloji Nəzarət Departamenti məlumat yayıb.

Bildirilir ki, Gürcüstanın “Qırmızı Siyahısı”nda qorunan ayı növü Düşeti bələdiyyəsinin Saçalacala kəndində vətəndaşlar tərəfindən öldürülüb.

Qurumun məlumatına görə, qonur ayının qanunsuz ovlanması nəticəsində ətraf mühitə dəymiş ziyanın məbləği 50 min laridir.

Faktla bağlı əlavə araşdırma üçün materiallar aidiyyəti quruma göndərilib.

0
0
Kateqoriya: Kriminal
Sonrakı yazı
ირაკლი ღარიბაშვილი დუბაიში ბურჯ-ხალიფას მფლობელს შეხვდა – რას შეეხებოდა საუბარი?
Öncəki yazı
Esma Özdaşlı: “Ermənistan dövlətinin yaranması ilə bölgədə terrorçuluğun əsası qoyulub”