Astarada 17 yaşlı qız – Ə.İ. toyundan bir neçə saat sonra vəfat edib.
QafqazTürk Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə oktyabrın 28-də Deqədi kəndindəki şadlıq saraylarından birində baş verib. Toydan dərhal sonra səhhəti pisləşən 2008-ci il təvəllüdlü Ə.İ. xəstəxanaya yerləşdirilib, lakin onu xilas etmək mümkün olmayıb. O, təcili olaraq Astara Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.
Qeyd edilir ki, Ə.İ. uzun müddət əvvəl ailə qurubmuş, lakin toy mərasimi yalnız dünən baş tutub.
Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xəqani Xalıbov “Bizim.Media”ya açıqlamasında bildirib ki, toyda iştirak edən hər iki gənc Dolu kənd sakini olub:
“Onlar qeydiyyatda Astarada olsalar da, ailələri ilə birlikdə Bakının Zirə qəsəbəsində yaşayır və işləyirmişlər. Qız 7 aylıq hamilə imiş. Valideynlər bu vəziyyəti gizlətmək üçün tələsik toy təşkil ediblər. Toy oktyabrın 28-i saat 13:00-da başlayıb, lakin bir saat sonra qızın vəziyyəti qəfil pisləşib. Müayinə zamanı məlum olub ki, 7 aylıq döl artıq bətnində ölüb. Təəssüf ki, saat 15:00 radələrində qızın özü də dünyasını dəyişib”.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

