This is a specific ad

Dünyanın gözü Bakıda: Ərdoğan bunu elan edəcək?

47

Another advertisement

28 mayda keçirilən prezident seçkilərinin ikinci turundakı qələbəsindən sonra ilk səfərinə hazırlaşan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri dünyanın diqqət mərkəzindədir.

QafqazTürk.com xəbər verir ki, bütün region ölkələrinin, o cümlədən dünyanın aparıcı media təşkilatları Ərdoğanın sabah Azərbaycana səfər etməsi və səfər proqramına yer verib.

Əsas diqqət isə proqramdakı “yeni dövrdə Türkiyə-Azərbaycan münasibətlərini yaxşılaşdıracaq digər əməkdaşlıq imkanlarının müzakirəsi” ifadəsidir. Türkiyə və Azərbaycan prezidentləri Ərdoğan və Əliyevin yeni dövr üçün prioritetlər elan edəcəyi gözlənilir.

Başqa cür desək, Ərdoğanın Bakıya səfərinin yalnız adətə uyğun olaraq protokol xarakteri daşımayacağı, yeni çağırışlara uyğun mühüm bəyanatların veriləcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyə lideri Ərdoğan bu gün Şimali Kiprə səfər edəcək və sabah oradan birbaşa Bakıya gələcək.

Bu, Ərdoğanın seçkidən sonra ilk xarici səfəridir.

Kateqoriya: Dünya
Sonrakı yazı
“Laçın” sərhəd-buraxılış məntəqəsindən yeni videokadrlar
Öncəki yazı
Silvio Berluskoni vəfat edib