Another advertisement
Hindistanın paytaxtı Yeni Dehli dünyada ən yüksək hava çirkləndiricilərinə malikdir.
QafqazTürk.com xəbər verir ki, bu barədə “Bloomberg” ekoloqlara və İsveçrənin “IQ Air” şirkətinin məlumatlarına istinadən yazıb.
Yeni Dehlidə havanın keyfiyyət indeksi 346-ya, Mumbayda isə 177-yə çatıb. IQ Air-in məlumatına görə, Hindistanın paytaxtında incə hissəciklərin konsentrasiyası hər kubmetr havada 296 mikroqram təşkil edib. Bu , Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi təhlükəsiz səviyyələrdən təxminən 20 dəfə yüksəkdir. Çikaqo Universitetinin araşdırması göstərib ki, çirkli hava ilə nəfəs almaq hindlinin ömrünü orta hesabla 5,3 il qısaldır.