This is a specific ad

Dünyanın 62 ölkəsi Sudandan vətəndaşlarını təxliyə edib

86

Another advertisement

Dünyanın 62 ölkəsi Sudandan vətəndaşlarını təxliyə edib.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Türkiyə, ABŞ, Böyük Britaniya, Cənubi Koreya, Efiopiya, Pakistanla yanaşı, Avropa İttifaqı ölkələri, Asiya və Afrikanın müxtəlif dövlətləri də vətəndaşlarını təxliyə ediblər.

Məlumata görə, Səudiyyə Ərəbistanı aprelin 26-dək 114-ü krallığın vətəndaşı olmaqla 2148 nəfəri Sudandan çıxarıb.

Qeyd edək ki, aprelin 15-dən Sudanda xüsusi təyinatlı qüvvələrlə nizami ordu bölmələri arasında döyüşlər gedir. Sudanda müxalif qüvvələr hərbi uğurlar və obyektlərə nəzarət barədə ziddiyyətli bəyanatlar verir, mediada və sosial şəbəkələrdə genişmiqyaslı informasiya müharibəsi aparır. Aprelin 21-də hər iki tərəf Ramazan bayramı münasibətilə atəşkəs elan edib.

Sudanın Səhiyyə naziri ölkədəki qarşıdurmalarda ölənlərin sayının 600 nəfərə çatdığını vurğulayıb. Məlumata görə, 4 minə yaxın insan yaralanıb

Kateqoriya: Dünya
Sonrakı yazı
Ekspert: “Türkiyənin kəşf etdiyi qaz yatağı 30 illik tələbatı təmin edə bilər”
Öncəki yazı
İran ABŞ-dan 313 milyon dollar istəyir