Sulquni dünyanın 100 ən yaxşı pendiri sırasına daxil edilib. Gürcü pendirinin reytinqi 4,3 olub, bununla da 52-ci yeri tutub.
QafqazTürk.com xəbər verir ki,bu barədə “Taste Atlas” paylaşım edib.
“Sulquni gürcü pendiridir və əsasən Sameqreloda hazırlanır. Pendir yumşaqdır və yarı sərt teksturaya malikdir. İnək, camış və nadir hallarda keçi südündən və ya hər üçünün birləşməsindən hazırlana bilər. “Sulgun asanlıqla əriyir, ona görə də tez-tez makaron, pizza və salatlarda istifadə olunur.”- deyə “Taste Atlas” qeyd edir.
Onu da qeyd etmək lazımdır ki, italyan pendiri ən yaxşı pendirlərin onluğunda 4 yeri tutub. İlk onluq belə görünür:
Parmigiano Reggiano (İtaliya, 4,68);
Mozzarella di Bufala Campana (İtaliya, 4.64);
Stracchino di Crescenza (İtaliya, 4.64);
Graviera Naxou (Yunanıstan, 4,64);
Queijo Serra da Estrela (Portuqaliya, 4,63);
Burrata (İtaliya, 4,62);
Saint-Andre (Fransa, 4,61);
Reblochon (Fransa, 4,55);
Pljevaljski Sir (Monteneqro, 4.55);
Mont d’Or (Fransa, 4.54).