Dünya İqtisadi Forumu 2024-cü il Səyahət və Turizmin İnkişafı İndeksini (TTDI) yeniləyib və 119 ölkənin məlumatlarına əsaslanaraq, dünyanın ən yaxşı səyahət istiqamətlərini müəyyənləşdirib.
QafqazTürk.com xəbər verir ki, Amerika bu ilin ən yaxşı səyahət istiqaməti seçilib. Ötən il ABŞ 80 milyondan çox beynəlxalq turisti qəbul edib ki, bu da ölkənin ÜDM-ə 1,8 trilyon dollar töhfə verib.
Reytinqdə ikinci yeri İspaniya, üçüncü yeri isə Yaponiya tutur. İlk onluqda qalan yerləri aşağıdakı ölkələr bölüşüblər:
Fransa
Avstraliya
Almaniya
Birləşmiş Sameqo
Çin
İtaliya
İsveçrə
Bildirilir ki, 119 ən yaxşı turizm istiqaməti arasında Gürcüstan 45-ci yeri tutur. Region ölkələri arasında Türkiyə 29-cu yerdə olan Gürcüstanı qabaqlayır. Eyni zamanda, Azərbaycan 56-cı, Ermənistan isə 72-ci yerdədir. Onu da qeyd edək ki, Rusiyanın 119 ölkə arasında reytinqi təqdim edilməyib.