Another advertisement
London birjasında ağ şəkər fyuçersləri 4,7% artaraq bir ton üçün 705,5 dollar olub ki, bu da 2011-ci ildən bəri ən yüksək göstəricidir.
QafqazTürk.com xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Agentlik əmtəə üçün on ildən çox müddətdə rekord qiymət artımını Hindistan, Braziliya, Pakistan və Taylanddan tədarükün azalması ilə əlaqələndirib.
Bloomberg-in hesablamalarına görə, neftin qiymətinin artması ilə əlaqədar Hindistan fabrikləri şəkər qamışı xammalının böyük hissəsini etanol istehsalı üçün istifadə edə bilər. Həmçinin, daxili qiymətlərin artması səbəbindən Yeni Dehli cari mövsümdə ixracı məhdudlaşdıra bilər.