This is a specific ad

Dünyada bütün xalqların Atatürk kimi lideri olsaydı, bu gün dünyamız cənnət olardı

248

Another advertisement

Bu Gün – Onun Günüdür!

10 noyabr Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün (1881 1938) Anım Günüdür.

Biz, Gürcüstan Azərbaycanlıları Konqresi və Qafqaz Türk Media ailəsi olaraq, təkcə qardaş Türkiyənin deyil, eyni zamanda bütün Türk Dünyasının fəxri, dünya liderləri arasında illərdir ilk sıralarda yer tutmuş bu unudulmaz insanı ehtiramla anır, hörmətlə yad edirik! Onun xatirəsi əziz, əməlləri ölməzdir!

Türkiyə Respublikanın qurucusu olaraq ilk günlərdən dogma Gürcüstanımıza da qayğı ilə yanaşmış, dostluq və mehriban qonşuluq əlaqələrini möhkəmləndirmişdir.

57 illik ömründə millətinin, vətəninin istiqlaliyyəti uğrunda apardığı mübarizəni zəfərlə taclandırmış, adını türk və dünya tarixinə qızıl hərflərlə yazdı.

O həqiqətən bir general idi və deyirdi:

Yurdda sülh, cahanda sülh!

Atatürkə məhəbbətin bariz nümunəsi olaraq, Azərbaycan Respublikasının Zəfər ilə bağlı aldığı qərarı da mütləq xüsusi qeyd etmək lazımdır. Belə ki, Zəfər Günü noyabrın 10-da keçirilməli idi. Lakin noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün Anım Günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir. Belə ki, Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq Zəfər Günü hər il noyabrın 8-də bayram edilməkdədir.

Bu Gün – Onun Günüdür və biz, Eniş Behicin bir bəndi ilə xatirəsi həmişə işıqlı Atatürkə uca Allahdan rəhmət diləyirik!

Kızıl gökte parlayan Ay-yıldızın nurusun,

Sən ən böyük milletin, Türklüğun gururusun!

Bu yurdun timsalisin bugun bütü cihanda

Gözler, könüller senin! Sənin: şərəf də, şan da!

 GAK-ın Mətbuat Xidməti 

Kateqoriya: Cəmiyyət, Dünya
Sonrakı yazı
Bayden və Tramp Ağ Evdə görüşəcəklər
Öncəki yazı
“Bu, Gürcüstan üçün sərfəli olmayacaq” – Paata Çaqareişvili Hindistan, İran və Ermənistanın nəqliyyat dəhlizindən danışıb