This is a specific ad

Dünyada azərbaycan əsilli milyarderlər kimdirlər? – Forbes açıqlayır

87

Another advertisement

Forbes jurnalı ən çox oxunan və tanınan jurnallardan biridir. O, dünyanın bir çox ölkəsində nəşr olunur. Dünyanın ən varlı insanları, nüfuzlu şəxsiyyətlərin inanılmaz yüksəlişləri və uğurlu karyera hekayələri haqqında məhz bu jurnaldan öyrənirik. Forbes jurnalı ildə bir dəfə dünya milyarderlər siyahısını yayımlayır.

Dünyanın ən reytinqli biznes jurnalının dünya milyarderlər siyahısında azərbaycan əsilli milyarderlər də yer alır. Qeyd edək ki, “Forbes”in milyarder elan etdiyi azərbaycan əsilli nüfuzlu şəxslərin hamısı Rusiya Federasiyasında fəaliyyət göstərir.  

Rusiyalı milyarderlər siyahısının ilk onluğunda yer alan  Vahid Ələkbərovun sərvəti keçən ildən 5.6 milyard dollar artaraq 14.5 milyard dollara çatıb. O, Lukoil neft şirkətini 1991-ci ildə təsis edib və hazırda şirkətin prezidentidir.

Azərbaycanın Xalq artisi, tanınmış pop ulduzu Emin Ağalarovun atası Araz Ağalarov da bu siyahıdadır.  O, “Crocus Group” şirkətlər qrupuna rəhbərlik edir. 

Əmlak inkişafı ilə məşğul olan və Moskvada bir neçə ticarət mərkəzinə sahib olan Qod Nişanov və Zaxar İliyev də Forbesin milyarderlər siyahısına düşmüş azərbaycanlılar arasındadır. Milliyyətcə yəhudi olan lakin Azərbaycanda doğulmuş bu şəxslər hazırda Moskvanın ən böyük meyvə-tərəvəz bazarına sahiblik edirlər. 

“Forbes”ə düşmüş milyarderlər arasında Fərhad Əhmədovun və Fərhad İsmayılovun da adları var.

“Forbes”-in elan etdiyi digər milyarder isə Qusardan olan azərbaycanlı Seyfəddin Rüstəmovdur. O, “Metafraks” şirkətinin prezidentidir. Şirkət Rusiyada və Avropada ən iri metanol, formalin və sintetik qatranlar istehsalçısıdır.

Məlumata görə, Seyfəddin Rüstəmov hazırda Rusiyada 90-cı, dünya üzrə isə 2133-cü yerdədir. Onun sərvəti 1,3 milyard dollardır.

Sonrakı yazı
Zelenski: Hər şeyi etmək lazımdır ki, Rusiya nüvə obyektlərindən dünyanı şantaj etmək üçün istifadə etməsin
Öncəki yazı
Qazaxıstanda 4 günlük iş həftəsi tətbiq olunacaq