Dünya yenidən nüvə silahından istifadə təhlükəsi ilə üz-üzədir

166

Another advertisement

BMT-nin Baş katibi Antoniu Quterreş dünyanın yenidən nüvə silahından real istifadə təhlükəsi ilə üz-üzə gəldiyini hesab edir.

QafqazTürk Media xəbər verir ki, bu barədə Xirosimaya atom bombası atmasının 79-cu ildönümü münasibətilə ABŞ-a müraciətində qeyd edib.

Müraciət anım mərasimi zamanı BMT baş katibinin müavini və tərksilah məsələləri üzrə ali nümayəndə İzumi Nakamitsu tərəfindən oxunub.

“Nüvə silahları və onlardan istifadə ilə bağlı təhdidlər təkcə tarix kitablarının səhifələrində deyil. Bu cür gündəlik ritorika beynəlxalq münasibətlərdəki vəziyyət fonunda yenidən özünü büruzə verir. Nüvə müharibəsində qalib ola bilməz və belə bir müharibə heç bir halda başlanmamalıdır”, – o vurğulayıb.

BMT-nin Baş katibi əmindir ki, nüvə silahı təhlükəsini nəhayət aradan qaldırmağın yeganə yolu ondan tamamilə imtina etməkdir.

 

 

Kateqoriya: Dünya
Sonrakı yazı
Marneulidə ingilis dili müəlliməsi intihar edib
Öncəki yazı
Keşəli kəndində baş verən qətl hadisəsində şübhəli bilinən şəxsi…