Dünya rekordu: 801 qram ağırlığında böyrək daşı çıxarıldı

3

QafqazTürk.com xarici mətbuata əsasən xəbər verir ki,Şri-Lankada bir xəstədən uzunluğu 13,37 santimetr, çəkisi 801 qram olan böyrək daşı çıxarılıb. Daş indiyə qədər insandan çıxarılan ən böyük böyrək daşı kimi qeydə alınıb.

Cənubi Asiya ölkəsi olan Şri-Lankada ikiqat dünya rekordu qeydə alınıb. Kolombo Hərbi Hospitalının həkimləri 62 yaşlı istefada olan əsgər Canistus Coonge-dən 13,37 santimetr uzunluğunda və 801 qram çəkidə böyrək daşını cərrahi yolla çıxarıblar. Daş uzunluğuna və çəkisinə görə insandan çıxarılan ən böyük böyrək daşı kimi Ginnesin Rekordlar Kitabına düşüb. Böyrək daşının yetkin bir kişinin böyrək çəkisindən 5 dəfə çox olduğu da bildirilib.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
15 İyun – Azərbaycanın Milli Qurtuluş günüdür
Öncəki yazı
Avropa İttifaqı Ukrayna və Moldovaya böyük məbləğdə vəsait ayırıb