Another advertisement
Həftənin əvvəlindən neft dünya bazarında yenidən ucuzlaşmağa başlayıb.
QafqazTürk.com xəbər verir ki, həm Brent, həm də WTI (West Texas Intermediate) markalı neftin qiyməti ucuzlaşıb.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin sentyabr müqaviləsinin dəyəri 2,97% azalaraq 1 barelə görə 82,58 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 3,32% azalaraq 1 barelə görə 78,6 ABŞ dolları təşkil edib.