Qızılın qiyməti 1 unsiya üçün 2 min 48 dolları keçərək son 6 ayın ən yüksək həddinə çatıb.
QafqazTürk.com xəbər verir ki, son məlumatlara görə, qızılın qiyməti bir ayda 3%, 6 ayda 4,3%, bir ildə isə 15,2% artıb.
Mərkəzi Qızıl Birjasının treyderi Eteri Kukulava qiymət artımını təsdiqləyib.
“Dəqiq nə qədər olduğunu deyə bilmərəm, amma qiymətlər artıb. Bu günə olan məlumata görə, qiymət son bir ayda 3%-dən çox artmayıb, amma bu il yavaş-yavaş artmaqda davam edir”, – deyə o, bildirib.
Xatırladaq ki, ötən illə müqayisədə qızılın beynəlxalq qiyməti əhəmiyyətli dərəcədə artıb.
2022-ci ildə müharibənin başlaması ilə əlaqədar keçən ilin əvvəlini nəzərə almasaq, qiymət daha çox 1800 dollar diapazonunda dəyişib. Rusiya və Ukraynada qızılın qiyməti bir müddət 2 min dolları keçib. Son illərin maksimumu pandemiya zamanı qeydə alınıb. Pandemiya dövründə 2020-ci ildə qızılın 1 unsiyasının qiyməti 1400 dollardan 2 min 400 dollara qalxıb.