This is a specific ad

Dubayda dünyanın ikinci ən hündür binası tikiləcək

289

Another advertisement

Dünyanın ikinci ən hündür göydələni Dubayda tikiləcək.

Bu, hazırkı rekordçudan – orada yerləşən Bürc Xəlifədən – geri qalacaq, lakin Kuala-Lumpurdakı 679 metrlik Merdeka 118 qülləsini keçəcək.

QafqazTürk Media bu barədə xarici mediaya istinadən xəbər verir.

Qüllə Bürc Əzizi adlanacaq və hündürlüyü 725 metr olacaq. Bina Şeyx Zayed prospektində tikiləcək. Layihə 1.63 milyard dollara başa gələcək və tikinti işlərinin 2027-ci ildə tamamlanması nəzərdə tutulur.

Qüllənin dizaynı düzbucaqlı formalarda hazırlanıb və getdikcə daralır. Binanın fasadı tam şüşə ilə örtüləcək.

Bürc Əzizi ticarət mərkəzi, lüks rezidensiyalar və penthauslar, yeddiulduzlu hotel və unikal müşahidə meydançasına sahib olacaq. Binanın bir hissəsində iaşə obyektləri və digər xidmət müəssisələri də yerləşəcək.

Qeyd edək ki, dünyanın ən hündür binası olan 163 mərtəbəli Bürc Xəlifənin hündürlüyü 828 metrdir. O, 2004-2010-cu illərdə tikilib.

Kateqoriya: Dünya
Sonrakı yazı
“შესაძლებელია წყალმოვარდნები, მეწყრულ-ღვარცოფული პროცესების ჩასახვა-გააქტიურება“ – გარემოს ეროვნული სააგენტო მოსახლეობას აფრთხილებს
Öncəki yazı
Vladimir Putinin həbs qərarı yekdilliklə qarşılanmır