This is a specific ad

Dubayda 15 milyon dollara avtomobil nömrəsi satılıb – FOTO

74

Another advertisement

“Telegram” messencerinin yaradıcısı Pavel Durov dəyəri 15 milyon dollar olan avtomobil nömrəsi uğrunda mübarizədə uduzub.

QafqazTürk.com xəbər verir ki, aprelin 8-də Dubayda yerli Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə xeyriyyə hərracı keçirilib. Hərraca yalnız bir rəqəmdən (7) ibarət avtomobil nömrəsi çıxarılıb.

Hərracın başlanğıc qiyməti 15 milyon dirhəm ( təxminən 4 milyon dollar) olub. Durov avtomobil nömrəsi üçün 35 milyon dirhəm (təxminən 9.5 milyon dollar) təklif edib. Ancaq bir neçə dəqiqədən sonra onun təklifi daha yüksək məbləğlə qüvvədən düşüb. Alıcı anonim qalmaq istəyib.

Dünyanın ən bahalı avtomobil nömrəsi yekunda 55 milyon dirhəmə (təxminən 15 milyon dollara) satılıb.

Satışdan əldə olunan gəlirin bir hissəsi şəhər infrastrukturunun inkişafına, digər hissəsi isə bütün dünyada ehtiyacı olan insanlara ərzaq göndərən bir fonda yönəldiləcək.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Kiber təqibçilər kimdir və onlar sizin rəqəmsal təhlükəsizliyinizə necə zərər verə bilər?
Öncəki yazı
Türkiyənin ən böyük hərbi gəmisi olan “TCG Anadolu” xidmətə başlayır