This is a specific ad

DTX tərəfindən daha iki İŞİD üzvü saxlanılıb

78

Another advertisement

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi tərəfindən antiterror fəaliyyəti zamanı miqrantın qanunsuz şəkildə Gürcüstanın dövlət sərhədinə keçməsi və onun Gürcüstanda qalması üçün müvafiq şərait yaradılması faktı ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində iki xarici ölkə vətəndaşı həbs edilib.

QafqazTürk.com xəbər verir ki,bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Onların verdiyi məlumata görə, antiterror mərkəzi Tbilisi şəhərində eyni vaxtda iki yerdə xüsusi əməliyyat keçirib.

Bildirilir ki,aparılmış istintaq fəaliyyətləri nəticəsində müxtəlif növ elektron məlumat cihazları, hərbi texnika, üz maskaları, elektrik şoku, xarici dövlətlərə məxsus saxta şəxsi sənədlər, partlayıcı maddələr, əldəqayırma partlayıcı qurğular və üzərində terror təşkilatı ”İslam Dövləti” simvolu olan bayraq ələ keçirilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi tərəfindən Cinayət Məcəlləsinin 344 və 236-cı maddələri ilə araşdırma aparılır. Terrorla Mübarizə Mərkəzi həm həbs edilmiş şəxslərin “İslam dövləti” terror təşkilatının fəaliyyətində iştirakının mahiyyətinin aşkara çıxarılması, həm də cinayətdə əli olan digər şəxslərin ifşası istiqamətində əməliyyat-istintaq tədbirlərini fəal şəkildə davam etdirir.

Kateqoriya: Cinayət
Sonrakı yazı
ავარია წალენჯიხაში – ავტომობილი საკრებულოს წევრის სახლში შევარდა
Öncəki yazı
Rusiya işğalçı qüvvələri tərəfindən qətlə yetirilən Tamaz Qinturi hərbi şərəflə dəfn edilib