This is a specific ad

DTX: Müəyyən qruplar Oktyabr-dekabr aylarında Gürcüstanda qarışıqlıq planlaşdırır

40

Another advertisement

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) bir qrup şəxsin güc yolu ilə ölkədə hakimiyyəti dəyişməyi planlaşdırması barəsində bəyanat yayıb.

DTX-nın məlumatında deyilir: “Dövlət təhlükəsizliyi və vətəndaşların dinc yaşaması mənafeyi naminə ictimaiyyətin nəzərinə çatdırırıq ki, Dövlət Təhlükəsizliyi Xidmətinə aparılan araşdırmalar çərçivəsində daxil olan məlumata əsasən, Gürcüstan ərazisində və xaricdə fəaliyyət göstərən müəyyən qrup şəxs bu ilin oktyabr-dekabr aylarında Gürcüstanda qeyri-sabitlik və vətəndaş iğtişaşları təşkil etməyi planlaşdırır ki, bunun da son məqsədi zorakılıq yolu ilə hakimiyyəti dəyişməkdir.

Dağıdıcı proseslərin başlanğıc tarixi kimi Avropa Komissiyasının aralıq və Aİ-nin yekun hesabatının dərc edilməli olduğu cari ilin oktyabr-dekabr dövrü seçilib. Dövlət hakimiyyətini devirməyə hazırlaşan sui-qəsdçilərin gözləntisi ona görə hesablanır ki, dərc olunan hesabat [tövsiyələr paketi və statusla bağlı] neqativ olacaq ki, bu da onların ixtiyarında olan informasiya şəbəkələri vasitəsilə hökumətə “rusiyapərəstlik” damğası verərək iğtişaşlar üçün münbit zəmin yaratmaqdır.

Kateqoriya: Cinayət
Sonrakı yazı
DTX ABŞ-dan Otar Partsxaladzeyə sanksiya tətbiq edilməsi ilə bağlı sübut tələb edir – Papuaşvili
Öncəki yazı
“გეგმავს დესტაბილიზაციისა და სამოქალაქო არეულობის მოწყობას”