This is a specific ad

DTX Bidzina İvanişviliyə qarşı sui-qəsdin təşkil edilməsi ilə bağlı məlumat yayır

76

Another advertisement

Dövlət Təhlükəsizliyi Xidməti “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin Gürcüstan hökumətinin keçmiş yüksək rütbəli məmurlarının və hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarının təşkilatçılığı və maliyyəsi ilə qətlinin hazırlanması faktlarını araşdırır.

QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

DTX-nin məlumatına görə, qeyd olunan cinayət əməllərinin məqsədi iğtişaşlar yaratmaq və hakimiyyəti zəiflətmək fonunda dağıdıcı qüvvələr tərəfindən zorakı üsullarla hakimiyyəti devirməkdir.

Onların açıqlamalarına əsasən, iş üzrə fəal istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir, bu tədbirlər çərçivəsində konkret şəxslər şahid qismində dindirilmək üçün istintaq orqanına çağırılır.

“İctimai marağın yüksək olması ilə əlaqədar ictimaiyyətin nəzərinə çatdırırıq ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Cinayət Məcəlləsinin 18-ci maddəsinin birinci hissəsində 323 və 315-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət olan terror aktının və dövlət hakimiyyətini devirmək üçün sui-qəsdin hazırlanması faktı üzrə araşdırma aparılır.

Dövlət Təhlükəsizliyi Xidməti Gürcüstan hökumətinin keçmiş yüksək rütbəli məmurları və hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları tərəfindən təşkil edilmiş və maliyyələşdirilən “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin qətlinin hazırlanması ilə bağlı faktları araşdırır. Qeyd olunan cinayət əməllərinin məqsədi iğtişaşlar yaratmaq və hakimiyyəti zəiflətmək fonunda dağıdıcı qüvvələr tərəfindən zorakı yolla dövlət hakimiyyətini devirməkdir.

Cinayət işi üzrə fəal istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir, bu tədbirlər çərçivəsində konkret şəxslər şahid qismində dindirilmək üçün istintaq orqanına çağırılır”, – DTX-nin açıqlamasında bildirilir.

Kateqoriya: Gündəm
Sonrakı yazı
ამინდი მკვეთრად იცვლება – სინოპტიკოსები მოსახლეობას აფრთხილებენ
Öncəki yazı
Rəsmi İrəvan Bakının dəvətini qəbul edəcəkmi?!