This is a specific ad

Putin: Dronların Moskvaya hücumu terror hücumudur

43

Another advertisement

“Biz 2014-cü ildə müharibəyə başlamadıq, Kiyev rejimi Donbassda müharibəyə başladı. Biz ukraynalılar kimi müharibə aparmırıq. Bunun daha bir təsdiqi Moskvada dinc obyektlərə hücumdur”

QafqazTürk xəbər verir ki,bu barədə Rusiya Prezidenti Vladimer Putin açıqlayıb.

Rusiya Prezidenti Ukrayna Silahlı Qüvvələrindən fərqli olaraq, rus ordusunun yalnız hərbi infrastruktura, o cümlədən “iki gün əvvəl vurduğu Ukraynanın hərbi kəşfiyyat qərargahına” dəqiq zərbələr endirdiyini xüsusilə qeyd edib.

“Bildiyiniz kimi, Kiyev rejimi başqa yol, Rusiya vətəndaşlarını qorxutmaq və yaşayış binalarına hücum etməyə cəhd etmək yolunu seçib. Bu, təbii ki, terror hücumunun əlamətidir” – deyə Putin qeyd edib.

Qeyd edək ki, bu gün Moskvada PUA dronlarla hücum həyata keçirilib. Rusiya Müdafiə Nazirliyi Moskvaya səkkiz PUA-la hücum edildiyinə, onlardan beşinin vurulduğuna dair məlumat yayır.

Ukraynada Kiyevin hücumda iştirakını inkar edirlər.

Sonrakı yazı
Sinan Oğan: “Qalib olan türk milləti və türk dünyasıdır”
Öncəki yazı
İstintaq Xidməti özgənin əmlakını dələduzluq yolu ilə mənimsəmək faktı üzrə bir nəfəri saxlayıb – ƏTRAFLI