Another advertisement
Voronej vilayətinin qubernatoru Aleksandr Qusev neft bazasındakı yanğınla bağlı açıqlama verib.
QafqazTürk.com xəbər verir ki,onun sözlərinə görə, bazadakı aviayanacaqla dolu iki çənin hermetikliyi pozulub. Yanğının söndürülməsi davam etdirilir. Qubernator qeyd edib ki, vilayətdə yanacaq ehtiyatı kifayət qədərdir və yanacaqdoldurma məntəqələrində ajiotaj yaratmağa heç bir gərək yoxdur.