Dövlət qulluqçularının maaşları artırılacaq

31

Dövlət qulluqçularının maaşları artırılacaq

Baş nazir İrakli Kobaxidze hökumətin iclasında bildirib ki, 2026-cı ildə dövlət qulluqçularının maaşları 10 faiz artırılacaq.

Onun sözlərinə görə, son illərdə hər il dövlət qulluğunda çalışanların əməkhaqları 10 faiz artırılıb və bu proses davam edəcək.

“Bildiyiniz kimi, son illərdə maaşlar hər il 10 faiz artıb. 2026-cı ildə də dövlət qulluqçularının maaşları eyni qaydada artırılacaq”, – deyə Kobaxidze vurğulayıb.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Gürcüstanda yağışlı hava davam edəcək – sinoptiklər xəbərdarlıq edir
Öncəki yazı
Macarıstan baş nazirindən iddia! Ukrayna üç zona üzrə bölünəcək