This is a specific ad

Dövlət sektorunda çalışanların maaşı bu qədər olacaq

51

Another advertisement

Dövlət sektorunda işləyənlərin əməkhaqqı ən azı 1330 lari olacaq.

QafqazTürk.com xəbər verir ki, bu barədə “Transparency International – Georgia” təşkilatının 2024-cü il dövlət büdcəsi layihəsinin təhlilində qeyd olunub.

“İnzibati xərclər, o cümlədən dövlət sektorunda əməkhaqqı, mal və xidmətlərin alınması 367 milyon lari artıb. 2,5 milyard lari (artım 282 milyon) əmək haqqına, 2,2 milyard lari isə (artım 85 milyon) mal və xidmətlərin alınmasına xərclənəcək. Dövlət sektorunda çalışanların əmək haqqı 10% artacaq və ayda ən azı 1330 lari olacaq.

Dövlət sektorunda çalışanların sayı 303 nəfər artır ki, bu da əməkhaqqı üçün ayrılan məbləğin artmasına səbəb olur. Ən çox Daxili İşlər Nazirliyi sistemində çalışan işçilərin sayı 130 nəfər artır. 2023-cü ildə yaradılan yeni “Korrupsiyaya qarşı Mübarizə Bürosu”nda 86 nəfər işlə təmin olunacaq. “Veteranların İşləri üzrə Dövlət Xidməti”ndə işçilərin sayı 49 nəfər, İqtisadiyyat Nazirliyində çalışanların sayı 28 nəfər artır”, – deyə qurumun dərc etdiyi sənəddə qeyd edilib.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Bu gün Tehranda “3+3” formatında görüş baş tutacaq
Öncəki yazı
რომელი ყოველდღიური ჩვევები აფუჭებს მხედველობას