This is a specific ad

“Dövlət xidmətlərində maaşların 10% artırılması gələn il də davam edəcək” – İrakli Kobaxidze

259

Another advertisement

“Büdcələrin artması bizə maaşları da artırmağa imkan verəcək. Dövlət qulluğuna gəlincə, son illərdə hər il 10% artım təmin edilib və maaş artımı gələn il də 10% nisbətində davam edəcək”.

QafqazTürk Media xəbər verir ki, bu barədə “Gürcü arzusu”nun seçki qərargahının rəhbəri, baş nazir İrakli Kobaxidze seçki proqramının təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, uşaq bağçaları, incəsənət və idman məktəblərinin işçilərinin əməkhaqqı yanvarın 1-dən 100 lari artırılacaq.

“Uşaq bağçalarının işçi heyətinin, standart artımdan əlavə, yanvarın 1-dən maaşlarını 100 lari artırmağı planlaşdırırıq və eyni şey incəsənət və idman məktəblərinin işçilərinə də aiddir, burada da eyni qaydada yanvarın 1-dən onların maaşları 100 lari artacaq”, – deyə İrakli Kobaxidze bildirib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
ორმხრივად, უკრაინის მონაწილეობის გარეშე პუტინს არ შევხვდები – ჰარისი
Öncəki yazı
Bədbəxt hadisə-11 yaşlı yeniyetmə qəza nəticəsində dünyasını dəyişib