This is a specific ad

Dövlət torpaqlarını cinayət yolu ilə qeydiyyata alan şəxslərə amnistiya açıqlanıb

44

Another advertisement

Baş nazirin təşəbbüsü ilə dövlət torpaqlarını cinayət yolu ilə qeydiyyata almış şəxslərə amnistiya elan edilir.

Qaribaşvilinin sözlərinə görə, amnistiya 2024-cü il sentyabrın 1-dək dövlətə dəymiş ziyanı ödəyənlərə şamil olunacaq.

“Bu cür problem illər ərzində yığılıb – bəzi vətəndaşlarımız dövlətə məxsus kənd təsərrüfatı sahələrini qanunsuz olaraq qeydiyyata alıblar və bu, böyük problem idi. Onlarla iş prokurorluqdadır, araşdırmalar davam edir. Bununla bağlı çoxlu anlaşılmazlıqlar olub. Prokurorluqla, parlamentlə məsləhətləşmələrimiz oldu və mən belə hallara görə amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış edirəm.

Amnistiya Cinayət Məcəlləsinin 180 və 362-ci maddələri ilə törədilmiş cinayətlərə şamil ediləcək. Amnistiyaya əsasən, 2023-cü il sentyabrın 1-dək cinayət yolu ilə kənd təsərrüfatı təyinatlı torpaqlar üzərində mülkiyyət hüququnu əldə etmiş şəxs cinayət cəzasından, şərti cəzadan və icrası mümkün olmayan cərimədən azad ediləcək. Amnistiya yalnız 2024-cü il sentyabrın 1-dək dövlətə dəymiş ziyanı tam ödəyən şəxslərə şamil ediləcək.

Amnistiya vəzifəli şəxs və ya dövlət müəssisəsinin işçiləri, MKİ-lər və qeyri-sahibkar hüquqi şəxslər tərəfindən qulluq statusundan istifadə hallarına şamil edilməyəcək.

Dövlətə dəymiş zərərin ödənilməsi kənd təsərrüfatına yararlı torpaq sahəsinin dövlətin xeyrinə hər hansı hüquqi yükdən azad edilməsi yolu ilə həyata keçirilməlidir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
ამნისტია ცხადდება პირებზე, რომლებმაც, დანაშაულებრივი გზით დაირეგისტრირეს სახელმწიფო საკუთრებაში არსებულ მიწა
Öncəki yazı
Dünyada yanacağın qiymətinin artması Gürcüstan bazarına necə təsir edir?