Another advertisement
Sərhəd polisi əməkdaşları 1996-cı il təvəllüdlü iki əcnəbi vətəndaşı həbs ediblər.
QafqazTürk Media xəbər verir ki, onlar Gürcüstanın dövlət sərhədini qanunsuz keçdikləri üçün həbs ediliblər.
Qeyd edək ki, cinayət 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər sərhəd-nəzarət məntəqəsindən yan keçərək Azərbaycan Respublikasından Gürcüstan istiqamətində qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçiblər”, – deyə məlumatda bildirilir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyi nəzərdə tutan 344-cü maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə aparılır.