“Dövlət qulluğu haqqında” qanuna yeni dəyişiklik edilib. Dəyişiklikdə nəzərdə tutulur:
Struktur bölməsinin rəhbərləri və müavinləri inzibati müqavilə ilə işə götürülən şəxslər hesab olunacaqlar.
QafqazTürk Media verir ki, “Gürcü arzusu” “Dövlət qulluğu haqqında” qanuna dəyişikliyi üç dinləmədə, sürətləndirilmiş qaydada qəbul edib.
Onların vəzifə müddəti birbaşa qurum rəhbərinin səlahiyyət müddətinə uyğunlaşdırılacaq. Rəhbərin vəzifədən getməsi ilə onların müqaviləsi də bitəcək.
Bu şəxslərin təyin edilməsi birbaşa qurum rəhbərinin qərarına əsaslanacaq, artıq müsabiqənin keçirilməsi tələb olunmur.
Gürcü dilini bilmək, 18 yaşın tamam olması, eləcə də sertifikat sahibi olmaq kimi tələblər aradan qaldırılır.
Hər bir vəzifə üzrə işçilərin qiymətləndirilməsi artıq ildə iki dəfə aparılacaq.
Əgər qiymətləndirmə nəticələri iki dəfə zəif olarsa, işdən azad edilmək mümkün olacaq.
Qiymətləndirmə zamanı zəif nəticə göstərənlərin maaşından 20% çıxılacaq.
Qanun qüvvəyə mindiyi andan struktur rəhbərləri və onların müavinləri artıq inzibati müqavilə əsasında işləyəcəklər.
Dövlət qulluğu haqqında hazırda qüvvədə olan qanun aşağıdakı tələblərə cavab verən Gürcüstan vətəndaşını vəzifəli şəxs kimi qəbul edə bilər:
Şəxs dövlət dilini bilir, 18 yaşına çatıb və şəhadətnaməsi mövcuddur.