Dövlət Bağçalı: ŞKTR parlamenti təcili Türkiyəyə birləşməyə qərar verməlidir

59

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərinin ilkin nəticələrinə sərt reaksiya verib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Türkiyə mərbuatı məlumat yayıb. Bahçeli  açıqlamasında ŞKTR parlamentini təcili iclasa çağırıb və deputatlara ölkənin Türkiyə ilə birləşməsi barədə qərar verməyi tövsiyə edib:

“ŞKTR-də baş tutan seçkilərin nəticələri çox az seçicinin iştirakı ilə əldə olunub. Kipr türklərinin taleyi bu iştirakla təmsil edilə bilməz. Seçkilərin nəticəsi seçki şurası tərəfindən açıqlanmış olsa belə, ŞKTR parlamenti təcili şəkildə iclas keçirməli, seçki nəticələri və federasiyaya geri dönüşün qəbul edilməyəcəyi elan edilməli, ölkənin Türkiyə Republikasına qatılmasına qərar verilməlidir”, –  Bahçeli vurğulayıb

İlkin nəticələrə görə, 19 oktyabr seçkilərində Respublikaçı Türk Partiyasının sədri Tufan Erhürman qalib gəlib. Erhürman federasiyanın yaradılmasının tərəfdarı kimi tanınır.

Qeyd edək ki, ŞKTR və Türkiyə arasındakı bu gərginlik, regionun siyasi gündəmində diqqət mərkəzində qalır.

Kateqoriya: Dünya, Siyasət
Sonrakı yazı
Avropa İttifaqı Gürcüstandakı vəziyyətlə bağlı mövqeyini açıqlayıb
Öncəki yazı
Ərdoğan: Şimali Kipr Türk Respublikasını suverenliyini müdafiəyə davam edəcəyik