This is a specific ad

Dövlət sərhədini qanunsuz keçən əcnəbi vətəndaşlar həbs olunub

281

Another advertisement

Sərhəd polisi əməkdaşları 1996-cı il təvəllüdlü iki əcnəbi vətəndaşı həbs ediblər.

QafqazTürk Media xəbər verir ki, onlar Gürcüstanın dövlət sərhədini qanunsuz keçdikləri üçün həbs ediliblər.

Qeyd edək ki, cinayət 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər sərhəd-nəzarət məntəqəsindən yan keçərək Azərbaycan Respublikasından Gürcüstan istiqamətində qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçiblər”, – deyə  məlumatda bildirilir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyi nəzərdə tutan 344-cü maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə aparılır.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Beş xarici ölkə vətəndaşı Gürcüstandan çıxarılıb
Öncəki yazı
Gürcüstanla Azərbaycan arasında sərhədin delimitasiyası ilə bağlı razılıq əldə olunub