This is a specific ad

Donald Trampın seçkiqabağı mitinqinin keçiriləcəyi yerdə partlayıcı qurğu aşkar edilib

237

Another advertisement

Amerika hüquq-mühafizə orqanlarının əməkdaşları “Respublikaçılar” partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın seçkiqabağı mitinqinin keçiriləcəyi Lonq-Aylenddə partlayıcı qurğu aşkar ediblər.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı “The Daily Mail” yayıb.

Məlumata görə, aksiyanın keçirildiyi yerdə dayanan avtomobillərdən birində partlayıcı qurğu aşkar edilib.

Nəşr qeyd edir ki, yeni hadisə Trampa hücuma hazırlığın qarşısının alınmasından üç gün sonra baş verib. Daha sonra polis 58 yaşlı Ryan Wesley Ruth-u Palm Beach-də Trampın qolf meydançasında həbs edib.

 Avtomobildə tapılan partlayıcı qurğuya gəlincə, polis hələ ki, bunu rəsmən təsdiqləməyib. Cihazı aşkar edən itin baxıcısı dindirilmək üçün sorğuya aparılıb. Avtomobilin sahibi isə gizlənib.

 Yerli polisin məlumatına görə, Trampın həyati təhlükəsi yoxdur. Polis və xüsusi xidmət orqanları xüsusi hazırlıq vəziyyətindədir.

Kateqoriya: Dünya
Sonrakı yazı
19 სექტემბრის ასტროლოგიური პროგნოზი
Öncəki yazı
პარტია „ქართული ოცნება – დემოკრატიული საქართველო“ წინასაარჩევნო კამპანიის ფარგლებში შეხვედრების გამართვას დმანისში აგრძელებს