Another advertisement
Vaşinqtonda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və vitse-prezident J.D.Vensin inauqurasiya mərasimi davam edir.
Donald Tramp bir neçə dəqiqə əvvəl andiçmə mərasimi üçün Capitol Rotunda binasına daxil olub.
Tezliklə ABŞ-ın yeni seçilmiş vitse-prezidenti J.D.Vens, ardınca isə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp and içəcək. Donald Tramp and içdikdən sonra inauqurasiya nitqi ilə çıxış edəcək.
İnauqurasiyada ABŞ-ın yaşayan hər bir prezidenti iştirak edir. Onlar xronoloji ardıcıllıqla bir-bir Kapitoliyə daxil olublar. Bununla belə, Mişel Obama inauqurasiyada iştirak etməyən yeganə keçmiş birinci xanımdır.
Əlverişsiz hava şəraiti ilə əlaqədar Donald Trampın andiçmə mərasimi Kapitol binasının daxilində keçirilir.