Donald Trampdan Rusiya gəmiləri ilə bağlı qərar

37

ABŞ prezidenti Donald Tramp ABŞ Federal Reyestrində dərc olunan sərəncama əsasən, Rusiya bayrağı altında üzən və ya Rusiya Federasiyasına başqa bir şəkildə bağlı olan gəmilərin Amerika limanlarına girişinə qoyulan qadağanı bir il müddətinə uzadıb.

2025-ci il aprelin 15-də imzalanan sənəddə bildirilir ki, Rusiya hökumətinin siyasəti və hərəkətləri ABŞ-ın milli təhlükəsizliyini təhdid etməkdə davam edir.

Qadağa ilk dəfə 2022-ci ilin aprelində ABŞ-ın keçmiş prezidenti Co Bayden tərəfindən tətbiq edilib.

Kateqoriya: Dünya
Sonrakı yazı
18 aprel tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
Daxili İşlər Nazirliyi təcili bəyanat yayıb