This is a specific ad

Donald Trampa ikinci dəfə sui-qəsd olub

213

Another advertisement

Floridada Donald Trampın qolf oynadığı meydança ərazisində atışma olub.

QafqazTürk Media xəbər verir ki, ABŞ Federal Təhqiqat Bürosu hadisənin qətlə cəhd kimi göründüyünü bildirib.

KİV-in məlumatına görə, Trampa qarşı sui-qəsd törədən şübhəli şəxs Rayan Uesli Routdur artıq yaxalanıb.

Məxfi xidmət nümayəndəsinin açıqlamasına görə, silahlı hücum edən şəxs Trampdan 300-500 metr aralıda olub. Hüquq-mühafizə orqanları şübhəlinin olduğu yerdə AK-47 tipli silah, kamera və bel çantası tapıblar.

Hadisədən sonra isə Donald Tramp seçicilərinə müraciət edib.

“Bu dünyada bizi dayandırmaq üçün hər şeyi edəcək insanlar var. Mən sizin üçün mübarizəni dayandırmayacağam, heç vaxt təslim olmayacağam”, – deyə Tramp bildirib.

Kateqoriya: Cinayət, Dünya
Sonrakı yazı
საქართველოს ოფიციალური ვიზიტით სომხეთის პრემიერ-მინისტრი ნიკოლ ფაშინიანი ეწვევა
Öncəki yazı
Kvemo Kartlidə turizm xidmətlərinin təşkili və inkişaf etdirilməsinə dair sənəd imzalanıb