Donald Tramp və Vladimir Putin arasında telefon danışığı baş tutacaq

74

ABŞ prezidenti Donald Tramp bazar ertəsi, mayın 19-da əvvəlcə Putinlə, sonra isə Zelenski ilə telefonla danışacağını bildirib.

Tramp bu barədə Truth Social platformasında yazıb.

“Söhbətin mövzusu həftədə orta hesabla 5000 rus və ukraynalı əsgərin həyatına son qoyan “qəssabxana”nın dayandırılması və ticarət olacaq…

Ümid edirəm ki, məhsuldar gün olacaq, atəşkəs əldə olunacaq və heç başlamamalı olan bu şiddətli müharibə bitəcək”, – Tramp yazıb.

Sonrakı yazı
Narkotik vasitələrinin qanunsuz satışı ilə məşğul olan şəxs həbs edilib
Öncəki yazı
Polşada yeddi Gürcüstan vətəndaşı, o cümlədən “Qanuni oğru” həbs edilib