Another advertisement
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskini Ağ Evə dəvət edəcəyini bildirib.
Jurnalistlərdən birinin Ukrayna prezidenti Vladimir Zelenskinin Ağ Evə dəvət edilib-edilməməsi ilə bağlı sualına Tramp belə cavab verib: “Əlbəttə, əlbəttə”.
Xatırladaq ki, ABŞ və Ukrayna nümayəndələrinin Səudiyyə Ərəbistanında apardığı danışıqlardan sonra verilən birgə bəyanata əsasən, Ukrayna 30 günlük müvəqqəti atəşkəsə hazırdır və ABŞ dərhal Ukraynaya hərbi yardım və kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edəcək.