ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın sözlərinə görə, o, prezident seçkilərində qalib gəldikdən sonra Rusiya prezidenti Vladimir Putinlə hələ də danışmayıb, hərçənd söhbəti istisna etmir.
“ Hələ danışmamışıq, amma düşünürəm ki, danışacağıq”, – Tramp bildirib.
QafqazTürk Media xəbər verir ki, Tramp seçkiqabağı kampaniya zamanı dəfələrlə bəyan edib ki, yenidən prezident seçiləcəyi təqdirdə Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsinə son qoyacaq.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin dünən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı qələbə münasibəti ilə təbrik etdiyini, lakin ona zəng etmədiyini, çünki “müəyyən mərhələdən” Qərb liderlərinin əlaqələrini kəsdiyini bildirib. Onun sözlərinə görə, Qərbdən təmasları bərpa etmək istəyi varsa, Rusiyanın buna qarşı heç bir şeyi yoxdur.
Bəs əgər ABŞ-ın yeni seçilmiş prezidenti inauqurasiyadan əvvəl ona zəng edib görüş təklif edərsə, Putin Trampla müzakirələrə hazırdırmı?
Bu suala Putin belə cavab verib: “Biz hazırıq!”.