Donald Tramp və Vladimir Putin arasında telefon danışığı olub, təfərrüatlar…

103

Ağ Ev ABŞ prezidentinin Donald Tramp və Vladimir Putin arasında telefon danışığı ilə bağlı bəyanatını yayıb. Mətnə görə, Donald Tramp və Vladimir Putin İran və İsrail arasındakı gərginliyi müzakirə ediblər.

Donald Trampın bəyanatında deyilir: “Prezident Putin bu səhər mənə zəng edərək mənə xoş ad günü arzuladı, amma daha da önəmlisi, o, çox yaxşı tanıdığı ölkə olan İran haqqında danışdı. Biz uzun-uzadı danışdıq. O da mənim kimi İsraillə İran arasında bu müharibənin bitməli olduğuna inanır. Mən ona başa saldım ki, onun da müharibəsi bitməlidir”.

Telefon danışığı ilə bağlı məlumatlar Rusiya mətbuatında da yayılıb.

Kateqoriya: Dünya, Gündəm, Region
Sonrakı yazı
İsrailin hava məkanı bağlı olaraq qalır, digərləri isə…
Öncəki yazı
İsrail Müdafiə Qüvvələri İranın nüvə proqramı ilə əlaqəli infrastruktur obyektlərinə zərbələr endirib