Donald Tramp Səudiyyə Ərəbistanında Vladimir Putinlə görüşəcəyini deyib

58

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanında görüşəcəyini ehtimal edib.

QafqazTürk Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Tramp Putinlə nə vaxt görüşəcəyini dəqiqləşdirməyib, lakin görüşün “çox da uzaq olmayan gələcəkdə” baş tutacağını bildirib.

ABŞ prezidenti Vladimir Putinlə bir saatdan çox davam edən yaxşı telefon danışığının olduğunu bildirib.

“Biz bu müharibəni bitirmək istəyirik, bu müharibə fəlakətdir”, – Tramp deyib.

O, Vladimir Putinin sülh və müharibənin bitməsini istədiyinə əmin olduğunu iddia edir.

Sonrakı yazı
Samqoridə dəmiryol relslərində vaqonlarda yanğın baş verib
Öncəki yazı
Yuxu rejiminin bağırsaqlara təsiri