Donald Tramp: “Rusiyanın iqtisadiyyatı çökür, cəhənnəmə gedir”

100

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib ki, Rusiyanın iqtisadiyyatı cəhnnəmə gedir və Moskva müharibədə ciddi itkilərlə üzləşir.

“Onlar hər şeyi dəhşətli şəkildə bombalayırlar, amma tutduqları ərazi çox azdır. Əksinə, Rusiya müəyyən əraziləri itirir ki, bu da onun reputasiyası üçün çox pisdir”, – Tramp deyib.

O əlavə edib ki, müharibə artıq bitməli idi: “Əgər bu, bizim müharibəmiz olsaydı, biz onu bir həftəyə bitirərdik”.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Prezident Mixail Kavelaşvili BMT-nin Baş katibi ilə görüşüb  
Öncəki yazı
“Lelo-Güclü Gürcüstan” partiyasının Qızılhacılı və Kosalıdakı namizədləri geri çəkilib