Another advertisement
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ona qarşı həyata keçirilmiş sui- qəsddən sonra ilk dəfə tərəfdarlarına elektron poçt vasitəsilə mesaj göndərərək, heç vaxt təslim olmayacağını bildirib.
“Heç vaxt təslim olmayacağam. Məni öldürmək istəyən şəxsin ailəsinə baş sağlığı, həmçinin ağır yaralananlara şəfa diləyirəm. Ölkəmizdə belə bir hadisənin baş verməsi ağlasığmazdır. Allah Amerikanı qorusun!”, – Tramp yazıb.