Donald Tramp NATO sammitində iştirak edəcək, – bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib.
“Bəli, mən təsdiq edə bilərəm ki, o, NATO sammitinə gedəcək”, – Ağ Evin mətbuat katibi bildirib.
Bundan əvvəl, bazar ertəsi Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın NATO-nun Haaqa sammitinə dəvət edildiyini bildirib.
“Biz NATO-nun baş katibi ilə görüşdük. Bizi NATO sammitinə dəvət etdilər. Düşünürəm ki, bu, vacibdir”, – Vladimir Zelenski qeyd edib.
Məlumat üçün bildirək ki, NATO-nun 2025-ci il sammiti iyunun 24-25-də Haaqada keçiriləcək.