Donald Tramp: NATO ölkələri Rusiyadan neft alışını dayındırsın mən də Rusiyaya sanksiya qoyum

59

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların tətbiqi üçün şərt irəli sürüb.

Tramp bəyan edib ki, NATO ölkələri Rusiya neftinin alışını dayandırmalıdır.

“NATO dediyim kimi davransa, müharibə tezliklə bitər. Hər halda, mən başlamağa hazıram – siz nə vaxt hazırsınızsa, sadəcə deyin – nə vaxt?”, – deyə ABŞ prezidenti sosial şəbəkədə yazıb.

Tramp həmçinin NATO ölkələrini Çinə qarşı 50-100% dərəcəsində gömrük rüsumları tətbiq etməyə çağırıb. Onun sözlərinə görə, bu addım Ukraynadakı münaqişənin dayandırılmasında mühüm rol oynaya bilər. O əlavə edib ki, bu tədbirlər döyüş əməliyyatları bitən kimi ləğv ediləcək.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Son dəqiqə! Polşada hava hücumu ilə bağlı həyəcan siqnalı verilir
Öncəki yazı
Corc Soros həbs edilə bilər?