Donald Tramp – Mən çərşənbə axşamı prezident Putinlə danışacağam

13

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinlə danışmağı planlaşdırdığını bildirib.

“Mən çərşənbə axşamı prezident Putinlə danışacam. Həftə sonu çox iş görüldü”, – Tramp jurnalistlərə deyib.

Atəşkəs danışıqlarında hansı güzəştlərin müzakirə olunacağı ilə bağlı suala Tramp belə cavab verib: “Biz torpaqdan, elektrik stansiyalarından danışacağıq”.

“Düşünürəm ki, biz artıq hər iki tərəfdən, Ukrayna və Rusiyadan çox şey müzakirə etmişik. Biz artıq müəyyən aktivlərin bölünməsi haqqında danışırıq”, – Tramp qeyd edib.

Öncəki yazı
Yol qəzası baş verib- ölən və yaralananlar var