• 22 Fevral 2025 07:52

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Donald Tramp: Dünya müharibəsi çox da uzaqda deyil, lakin bu, mənim prezidentliyim dövründə baş verməyəcək

ByTürkan Şahverdova

Fev 20, 2025
Another advertisement

ABŞ prezidenti Donald Tramp III Dünya Müharibəsinin uzaqda olmadığını, lakin onun prezidentliyi dövründə baş verməyəcəyini bildirib.

CNN-in məlumatına görə, Mayamidə keçirilən Gələcək İnvestisiya Təşəbbüsləri İnstitutunun sammitində Tramp Yaxın Şərq və Ukraynada davam edən münaqişələrdən danışıb.

“Mən dünyada müharibələrə son qoymaq, münaqişələri həll etmək və planetdə sülhü bərpa etmək üçün tez hərəkət edirəm – sülh istəyirəm və hamının öldürüldüyünü görmək istəmirəm. Yaxın Şərqdəki ölümə və Rusiya ilə Ukrayna arasında baş verən və davam edənlərə biz buna son verəcəyik.

Üçüncü Dünya Müharibəsinin heç kimə faydası olmayacaq və siz ondan o qədər də uzaq deyilsiniz, indi sizə deyəcəm, o qədər də uzaqda deyilsiniz. Əgər Prezident Co Baydenin administrasiyasının daha bir ili olsaydı, siz III Dünya Müharibəsində olardız və indi bu baş verməyəcək”, – deyə Tramp bildirib.