Donald Tramp məhkəmə zalını tərk edib

0

ABŞ-ın keçmiş prezidenti Donald Tramp məhkəmə zalını tərk edib.

QafqazTürk xəbər verir ki, Tramp ona qarşı irəli sürülən ittihamları məhkəmə zalında dinləyib.

Sabiq prezident 34 ittihamın heç birində özünü təqsirli bilməyib.

İşə mahiyyəti üzrə baxılmasına 2024-cü ilin yanvarında başlanıla bilər.

Növbəti iclasda da Tramp şəxsən iştirak etməlidir. Burada tərəflər vəsatət verə biləcək, həmçinin keçmiş dövlət başçısına qarşı həbs-qətimkan tədbiri məsələsinə baxılacaq.

Hələlik Trampa qarşı heç bir qabaqlayıcı tədbir tətbiq edilməyib.

Məlumat üçün bildirək ki, Prokurorlar Trampın 2016-cı il prezidentlik kampaniyasına zərər vuran məlumatların qarşısını almaq üçün qeyri-qanuni sxemdə iştirak etdiyini bildirirlər. Bunun bir hissəsi yaşlı kino aktrisası Stormi Danielsə ödənilən 130 min dollardır.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Marneuli Munisipalitetində içməli su ilə əlaqədar infrastruktur layihələri fəal şəkildə davam etdirilir – FOTO
Öncəki yazı
Ramazan ayının on dördüncü gününün imsak, iftar və namaz vaxtları