Donald Tramp – İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb

69

“Mənim nümayəndələrim Qəzza zolağı ilə bağlı bu gün israillilərlə uzun və məhsuldar görüş keçirdilər. İsrail 60 günlük atəşkəs sazişinin bağlanması üçün lazım olan şərtləri qəbul etdi. Bu müddət ərzində biz müharibəni dayandırmaq üçün bütün tərəflərlə işləyəcəyik”, – ABŞ prezidenti Donald Tramp Truth Social-da yazıb.

O, yekun təklifi Qətər və Misir vasitəçilərinin təqdim edəcəyini bildirib.

Sülhü təmin etmək üçün çox çalışmış Qətərlilər və Misirlilər bu son təklifi təqdim edirlər. Ümid edirəm ki, Yaxın Şərqin rifahı naminə, “HƏMAS” bu razılaşmanı qəbul edəcək, çünki o, yaxşılaşmayacaq – daha da pisləşəcək. Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm!”- Tramp bildirib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Qanunsuz sayrışan işıq quraşdıran sürücülərə ağır cəza tətbiq olunacaq
Öncəki yazı
Tbilisidə mübahisə zəminində bıçaqlanma baş verib