ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin nadir torpaq metalları və Ukraynanın bərpası ilə bağlı saziş imzalamaq üçün cümə günü, fevralın 28-də Vaşinqtona gələcəyini təsdiqləyib.
CNN telekanalı ABŞ prezidenti Donald Trampın bəyanatını yayıb.
“Biz Rusiya-Ukrayna məsələsində çox yaxşı işləyirik. Prezident Zelenski cümə günü gələcək. Bu, təsdiqləndi və biz müqaviləni imzalayacağıq” deyən Tramp Maliyyə Naziri Scott Besant və Ticarət Naziri Howard Lutnick-ə təşəkkür edib.
“Biz pulumuzu geri alacağımız və gələcəkdə çoxlu pul alacağımız barədə razılığa gələ bildik və məncə, bu, məqbuldur”, – Tramp bildirib.
Tramp deyib ki, o, Zelenski ilə “çox böyük sövdələşmə olacaq” saziş imzalayacaq.